3.3.2. Tırtıl bəndi
Tırtıllı traktorun tırtılları bəndlərdən və oynaq birləşdirici barmaqlardan ibarətdir. Tırtıllar traktorun bazasından (aparan ulduzcuğun oxu ilə istiqamətverici təkəri oxu arasındakı məsafə) asılı olaraq 42-43 tırtıl bəndindən ibarət olur. Tırtıl bəndləri bir-biri ilə barmaq vasitəsi ilə birləşdirilir (Şəkil 3.20).
3.3.3. Tırtıllı texnikanın torpaqla görüş sahə
Tırtıllı texnikanın torpaqla görüş sahəsi tırtılın eninin tırtılın torpaqla təmasda olan hissəsinin uzunluğuna hasilinin 2 misli qədərdir. Bu sahə hər iki tərəfdə olan tırtılın görüş sahəsini ifadə edir. Şəkil 3.21-də göstərilən halda 1 tırtılın torpaqla təmas sahəsi 1.72 m2 -təşkil edir. Tapşırıq: Onda traktorun tırtıllı hərəkət etdiricisinin ümumi görüş sahəsini siz sərbəst işdə müəyyən edəcəksiniz.
3.3.4. Tırtıllı hərəkət etdiricinin uzunluğu boyunca torpağa düşən təzyiq
Tırtıllı hərəkət etdirici böyük sahə ilə torpaqla təmasda olduğundan onun uzunluğu boyunca torpağa düşən təzyiq fərqli olur. Şəkil 3.22-dən görünür ki, tırtılın uzunu boyunca ortada təzyiq çox, traktorun qabağında azdır, traktorun arxasına doğru azalma gedir. Lakin ümumi götürəndə arxa və qabaq hissədə təzyiq təxminən eynidir. Qabaqdakı iki təzyiq sahələri arxadakı iki təzyiq sahələrinə təxminən bərabərdir. Tapşırıq: Bunu öz sözlərinizlə izah edin. |