3.2.5. Texnikanın təkərinin torpağa təsirinin dərin qatlarda əks edilməsi
Kənd təsərrüfatı texnikasının torpağa düşən təzyiqi torpağın dərin qatlarına qədər təsir edir. Hətta ağır traktorlarda 90 santimetr dərinlikdə təsir göstərə bilir. Dərinlik artdıqca təzyiq azalsa da təsir dairəsi genişlənir (Şəkil 3.15). Şəkildən görünür ki, təkərin torpaqla təmas sahəsində təzyiq 1,4 N/sm2 –dan başlayaraq dərinlik artdıqca təsir sahəsi genişlənir. Məsələn, dərinlik 20 santimetr olanda təzyiq 1,4 N/sm2 –dırsa, dərinlik 80 santimetr olanda təzyiq 0,7 N/sm2 –təşkil edir. Lakin, təsir sahəsinin radiusu 80 santimetr dərinlikdə 30-35 santimetr təşkil edir.
3.2.6. Traktor təkərlərinin enindən asıl olaraq torpağa düşən təsirin dəyişməsi
Traktorların və kənd təsərrüfatı maşınlarının şinləri müxtəlif ölçüdə olur. Bu, texnikanın təyinatından və ağırlığından asılıdır. Xüsusi təzyiqin dərinliyə təsiri təkərin eni ilə tərs mütənasibdir (Şəkil 3.16). Şəkildən görünür ki, təkərin eni az olduqda ağırlıqdan torpağa düşən təsirin dərinliyə nüfuz etməsi artır. Burdan belə bir nəticə çıxır ki, ağırlıq artdıqca təkərlərin eni də artmalıdır. Yəni dar təkər daha dərinə enli təkər isə böyük enə təsir edir. Müşahidə göstərir ki torpağa düşən təzyiqin eninin dərinliyə hasıli təxminən sabit olur. 1-ci təkərdə dərinlik 60 santimetr, eni kiçik, 2-ci təkərdə dərinlik 55 santimetr, eni bir az çox, 3-cu təkərdə dərinlik 48 santimetr, çox olduğu görünür. |
1 - nazik şinlər;
2 - standart şinlər; 3 - enli şinlər. |