3.2.3. Texnikanın ağırlığından torpağa düşən təzyiq
Texnikanın ağırlığının hərəkət hissələrinin torpaqla görüş sahəsinə (torpağa toxunan hissənin sahəsi nəzərdə tutulur) nisbəti torpağa düşən təzyiq adlanır. Torpağa düşən təzyiq sxematik olaraq şəkil 3.13-də təsvir edilmişdir. Təzyiq kiloqram/sm2, bar və N/sm2-la ölçülür.
3.2.4. Torpağa düşən təzyiqin hesablanması
Torpağa düşən təzyiq nə qədər az olarsa torpağın kipləşməsi-sıxlaşması bir o qədər az olur. - Təkərli texnikanın bir təkərinin torpaqla görüş sahəsi şəkil 3.14-dəki kimi, cüzi xəta nəzərə alınmasa 𝑆𝑡ə𝑘=𝐿∙𝐵′ sahəsinə bərabərdir. L 𝑣ə 𝐵′ təkərin torpaqla görüş sahəsinin ölçüləridir, santimetrlə ölçülür. -Traktorun dörd eyni təkəri olduğunu nəzərə alsaq, torpağa düşən təzyiq traktorun ağırlığının bu sahənin 4 mislinə bölünməsi ilə təyin edilir., başqa sözlə: P𝑡𝑜𝑟𝑝= Gt 𝐺𝑡−traktorun çəkisidir, kiloqram Məsələn traktorun ağırlığı 𝐺𝑡=7000 kiloqram, 1 təkərin görüş sahəsi
𝐿∙𝐵′=40∗55=220 𝑠𝑚2
olarsa onda torpağa düşən xüsusi təzyiq P 𝑡𝑜𝑟𝑝 Gt |