Təkərlər disklərə oturdulur. Disklər traktorun arxa və qabaq körpülərinin oxlarına boltlarla birləşdirilir (Şəkil 3.7) Təkərin rezindən olan şinləri traktorun ağırlığından və təyinatından asılı olaraq fərqli ölçüdə olur. Ümumi təyinatlı traktorların təkərləri enli olur (Şəkil 3.4). Cərgəarası becərən və xüsusi təyinatlı traktorların təkərləri nisbətən ensiz olur (Şəkil 3.8). Traktor şinlərini, ölçüləri ilə fərqləndirirlər. Şinlərin ölçüləri onun xarici və daxili diametri, eni və hündürlüyüdür.
Şəkil 3.9-dakı işarələr şinin ölçülərini göstərir.
D-xarici diametridir, d-daxili diametri, H-təkərin hündürlüyü, B-təkərin enidir. Adətən şinin üzərində onun ölçüləri və istehsalçı zavodun adı göstərilir. |