3.1.1. Traktorun və kənd təsərrüfatı maşınının torpağa etdiyi təsirin izahı
Hər bir aqreqatın, traktorun və kənd təsərrüfatı maşınının torpağa etdiyi təsir onun ağırlığından asılıdır. Traktorların ağırlığının 50 faizi qabaq təkərlərə, 50 faizi isə arxa təkərlərə düşür, traktora hər hansı texnika asılmış və ya qoşulmuşdursa torpağa edilən təsir qüvvəsi də artır (Şəkil 3.3). Şəkildən göründüyü kimi texnikanın ağırlığı çox olduqca torpağa edilən təsir artır.
3.1.2. Traktor və kənd təsərrüfatı maşınlarının hərəkət hissələri
Traktor və kənd təsərrüfatı maşınları torpaq üzərində hərəkət hissələri ilə hərəkət edir. Təkərli traktorların arxa və qabaq hərəkət hissələri təkərli olur. Bəzi traktorların qabaq və arxa təkərləri eyni ölçüdə olur (Şəkil 3.4). Bəzi traktorlarda isə arxa təkərlərin ölçüsü qabaq təkərlərdən böyük olur (Şəkil 3.5).
3.2. Şinlər - torpağa düşən təzyiq
Təkər traktorun və digər kənd təsərrüfatı maşınlarının əsas hərəkət hissəsidir (Şəkil 3.6). Təkər traktorun arxa körpüsündən verilən fırlanma hərəkətini torpaqla təmas nəticəsində traktorun hərəkətinə çevirir. |