|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 2
Sual 1. Səpən maşınların səpən aparatlarına hərəkət haradan verilir?
A) Mühərrikdən;
B) Kardan valından;
C) Güc ayıran valdan;
D) Maşının öz təkərindən.
Sual 2. Toxum səpən aqreqat sahədə hansı üsulla hərəkət etməlidir?
A) Çim basar;
B) Çim çevir;
C) Məkik;
D) Qarışıq;
Sual 3. Kartof basdıran və çıxaran maşınlar neçə cərgəli olur?
A) 1,2 cərgəli;
B) 2,3 cərgəli;
C) 3,4 cərgəli;
D) 2,4 cərgəli.
Sual 4. Toxum səpən maşınlarda markerin vəzifəsi nədir?
A) Gübrə verir;
B) Aqreqatın növbəti gedişini tənzimləmək üçün iz qoyur;
C) Kəltənləri əzir;
D) Suvarma şırımı açır.
Sual 5. Pambıq çiyidi səpən maşınlar hansı növdə olur?
A) Mexaniki;
B) Hidravlik;
C) Pnevmatik;
D) Mexaniki və pnevmatik.
Sual 6. Lazer hamarlayıcı hansı sahələrdə istifadə edilməlidir?
A) Torpağın üst qatında hamar, narın lay tələb edən toxumlar səpildikdə;
B) Damcı ilə suvarmada;
C) Səpinlə gübrə verdikdə;
D) Paxlalı bitkiləri səpdikdə.