- Kartof basdıran maşının traktora aqreqatlaşdırılmasını yerinə yetirin.
|
- İş paltarını geyinin lazım olan alətləri hazırlayın.
- Texniki təhlükəsizlik qaydalarına diqqət edin.
- Traktoru və kartofbasdıranı müəyyənləşdirin.
- Traktoru və kartofbasdıranı təmizləyin.
- Kartof basdıran maşının üfüqi vəziyyətdə olduğuna əmin olun.
- Traktoru işə salıb kartof basdırana yaxınlaşdırın.
- Traktorun hidravlik sistemini paylayıcı vasitəsi ilə endirmə vəziyyətinə qoyun.
- Kartofbasdıranın asma bəndləri traktorun asma mexanizminin 3 nöqtəli asma bəndlərinə tuş
gələndə parlayıcını neytral vəziyyətə qoyun.
- Mexanizatorla köməkçinin iştirakı və köməyi ilə kartofbasdıranı asma mexanizminə
birləşdirin.
- Birləşdirici barmaqların yerində olduğuna və birləşmənin etibarlı olduğuna əmin olun.
- Hidravlik asma sistemini qaldırma vəziyyətinə qoyun, kartofbasdıranı nəqliyyat
vəziyyətinə gətirin.
- Aqreqatı iş yerinə gətirin.
- Kartofbasdıranın toxum qutusunu kartof yumruları ilə doldurun.
- Hektara səpin normasının düzgünlüyünə əmin olun.
|