- Mövsümə uyğun olaraq toxum səpən maşının səpin normasına qurulmasını yerinə yetirin.
|
- İş paltarını geyinin lazım olan alətləri hazırlayın.
- Texniki təhlükəsizlik qaydalarına diqqət edin.
- Bitkinin növündən asılı olaraq hektara səpin normasını aqronomla dəqiqləşdirin.
- Taxıl bitkisi üçün hektara 180-200 kiloqram normanı səpən maşında quraşdırın.
- Maşını yerdən qaldırıb çərçivəsinin altına elə dayaq quyun ki, təkərlər sərbəst
fırlansın.
- Toxum qutusuna tutumunun 1/3 hissəsi qədər toxum tökün.
- Toxumsəpən maşının norma nizamlayıcı dəstəyini 180-200 kiloqram ödəyən bölgüsünə
qoyun.
- Toxum səpənin altına brezent parça sərin.
- Təkəri fırladıb toxum səpən aparatları toxumla doldurun.
- Təkəri 15 dövr fırladın.
- Brezentə tökülən toxumu toplayıb çəkin və norma ilə müqayisə edin.
- Normadan fərqlənərsə nizamlayıcı dəstəyi müvafiq tərəfə doğru dəyişin.
- Normaya uyğun gələnədək bu tənzimləməni davam edin.
|