Lazer tirli hamarlayıcı torpaq səthini 100 metrdən 10 millimetrədək dəqiqliklə düzləndirmək hamarlamaq üçündür. Lazer tipli hamarlayıcının torpağı hamarlayan işçi orqanı kiçik buldozer kovuşuna bənzəyir, en götürümü sahənin ölçülərindən asılı olaraq 3 metrdən başlamış 10 metrədək hazırlana bilir. Hamarlayıcı işçi orqanın uzunu boyunca böyük bazası traktorun quşqu qurğusu ilə hamarlayıcının dayaq təkəri arasında təmin edilir. Bu baza böyük olduqca hamarlayıcının işinin dəqiqliyi artır. Lazer tipli hamarlayıcının traktorla aqreqatlaşmış işçi vəziyyəti şəkil 2.56-da verilmişdir. Torpağın sıxlaşdırılması torpağın alt qatlarından suyun tükəoxşar aralıqlarla yuxarı laya çıxması üçün lazımdır. Bu səpindən sonra quru havalarda çıxışların tezləşməsi üçün lazımdır(Şəkil 2.57). |