2.5. Toxumdan asılı olaraq torpaq səthinin xırdalığı
Toxumun xüsusiyyətindən, kök sisteminin quruluşundan, vegetasiya, yəni inkişaf xüsusiyyətlərindən, suya olan tələbatından asılı olaraq səpiləcək torpağa müvafiq tələblər qoyulur. Bu tələblərdən biri torpağın üst səthindəki layın xırdalığıdır. Səpindən əvvəl hər bitkinin aqrotexnikasına uyğun torpaq səthini narın hazırlamaq lazımdır. Toxumdan asıl olaraq torpaq səthinin xırdalığı fərqli olur. Səpiləcək bitkinin toxumlarının ölçülərindən, cücərmə potensialından asılı olaraq müxtəlif dərinlikdə basdırılır. Həmçinin hər bitkinin səpini üçün torpaq hazırlanarkən toxumun ölçüləri nəzərə alınmalıdır. Pambıq səpiləcək sahədə torpaq narın hissələrədək xırdalanmalı, yumşaldılmalı və ovxalamalıdır. (Şəkil 2.54).
2.5.1. Torpağın tərəvəz toxumları səpilməsi üçün hazırlanması
Tərəvəz bitkilərinin toxumları, məsələn, soğan, yerkökü, yonca, çuğundur, toxumları digər bitkilərin toxumları ilə müqayisədə kiçik olduğu və dayaz basdırıldığı üçün sahənin üst qatında torpaq narın hissəciklərədək yumşaldılmalı və sahə lazer hamarlayıcı ilə hazırlanmalıdır. Şəkil 2.55-də lazer tipli hamarlayıcı təsvir edilmişdir. Lazer tipli hamarlayıcı hamarlayıcı buldozer kovuşundan, dayaq qoşqu qurğusundan, dayaq təkərlərindən və hamarlama dərinliyini nizamlayan mexanizmdən ibarətdir. Lazer hamarlayıcı traktorla aqreqatlaşır. |