Sonra maşının asma qurğusunun orta bəndi traktorun asma mexanizminin mərkəzi qoluna birləşdirilir (Şəkil 2.49) Bunun üçün hidravlik asma sisteminin hidravlik paylayıcısı endirmə vəziyyətinə qoyulur. Mərkəzi qaldırıcı qolu maşının bəndinə yaxınlaşdırılır və birləşdirilir. Barmaqla məhdudlaşdırılır.
2.4.6. Traktorun hidravlik asma sisteminin paylayıcısı
Şəkil 2.50-də hidravlik paylayıcının zolotniklərini (üzərində bir neçə klapan olan val) idarə edən qolları (1), paylayıcının gövdəsində (3) zolotnik yerləşdiyi yuvası (2), paylayıcının zolotnikini geri qaytaran yay (4) əsas işçi element kimi göstərilmişdir. |
Aqreqat naturada tərtib edildikdən sonra işə hazırlanır, diqqətli baxılır, ehtiyac olduğu halda bərkinmələr çəkilir, bərkidilir.
Yağlanılmalı qovşaq və oynaqlar müvafiq yağla yağlanır, hektara yumru və gübrə verimi norması nizamlanır.
Nəzərə alın ki, cərgədə yumrular arası məsafə aqreqatın işçi sürətindən və güc ayıran valın fırlanma tezliyindən asılıdır.