2.4.3. Kartof əkinindən əvvəl sahənin və əkin materialının hazırlanması
Sahə işə hazırlanır, sürümlərin hər iki başında nəzarət şırımı ilə 10 metr enində dönmə zolağı ayrılır. Sahə qarğıdalı səpinində olduğu kimi hazırlanır. Əkin materialı dəqiq hazırlanır, yumrular çeşidlənir, və qablaşdırılır (Şəkil 2.46).
2.4.4. Aqreqatın tərtib edilməsi
Aqreqatı tərtib etmək üçün kartof basdıran maşın səthi düz olan hamar yerə gətirilir. Üfüqi vəziyyətdə qoyulur (Şəkil 2.47).
2.4.5. Traktorun aqreqatlaşacağı maşına uyğunlaşdırılması
Kartof əkən maşının aqreqatlaşdırılacağı traktor arxa hərəkətlə kartof basdırana elə yaxınlaşdırılır ki, traktorun 3 nöqtəli asma mexanizmi kartofbasdıranın asma bəndlərinə tuş gəlsin. Lazım gəldikdə asma mexanizmin köməyi ilə qollar lazım olan hündürlüyə gətirilir (Şəkil 2.48). Bu zaman traktorçuya 1 nəfər mexanik kömək edir. Əvvəlcə kartof basdıranın növbə ilə aşağı sağ və sol asılma barmaqları uyğun qaldırıcı qollara birləşdirilir, sancaq keçirilir. |