Tütün və bəzi tərəvəz bitkiləri, pomidor, badımcan, bibər və s. şitillərlə əkilir. Şitilin əkilməsi maşınla yerinə yetirildikdə aqreqatın sürəti çox aşağı olmalıdır. Maşının aqreqatlaşdığı traktor sürət yavaşıdıcı reduktorla təmin edilməlidir. Şitil əkən maşın 2,4,6 və 8 cərgəli ola bilir (Şəkil 2.31). Maşının əsas işçi orqanı şitil əkən aparatdır. Şitiləkən aparatlar müxtəlif diametrli diskdən və onların üzərində müəyyən məsafədən bir yerləşdirilmiş şitiltutanlardan ibarətdir. Bəzi firmaların istehsal etdiyi şitiləkən maşınlarda şaquli yerləşdirilmiş və şaquli hərkət edən transportyorlu əkən aparat quraşdırılır. Transportyorun üzərində müxtəlif məsafələrdən bir bərkidilmiş üfüqi şitiltutanlar vardır. Maşının cərgələrinin sayından asılı olaraq köməkçi işçilər maşında xüsusi oturacaqda oturub şitilləri kökü özünə tərəf olmaqla şitiltutana yerləşdirir. Şitiltutan fırlanaraq torpağa yaxınlaşanda Aparatın arxası ilə hərəkət edən üst örtənlər şitilin dibini torpaqla doldurur. Aparat fırlanaraq torpaqdan aralanır və bu zaman şitilin gövdəsi şitiltutandan sıyrılaraq çıxır və şaquli vəziyyətdə torpaqda qalır. İtaliyanın istehsal etdiyi Sfoggiya markalı şitiləkən maşının şitiləkən aparatlarının görünüşü Şəkil 2.32-də verilir. Uzununa və eninə cərgələrin düzxətli olmasına ciddi əməl etmək lazımdır (Şəkil 2.33). Meyletmə ±3 faiz əsas cərgələrdə; ±7 faiz qovuşuq cərgələrdə yol verilir. Yuvaların mərkəzinin eninə cərgənin oxundan uzunu boyunca meyletməsi cərgəarasının enindən 7 faizdən çox olmalı deyil. Yadda saxlayın! Səpinlə birlikdə mütləq gübrə də vermək lazımdır. |