2.3.7. Toxum səpən aparatın toxuma görə nizamlanması
Dənli bitkilərin toxumsəpən maşınlarının səpən aparatı makara tiplidir. Səpilən toxumun növündən asılı olaraq makara ilə altlıq arasındakı ara məsafəsi və ya makaranın toxum qutusuna daxil olan hissəsinin uzunluğu nizamlanır. Taxıl toxumu üçün makaranın dişlərinin çənbəri ilə altlıq arasında 1-2 santimetr, dənli paxlalı bitkilər üçün 8-10 santimetr qoyulur (Şəkil 2.14). Səpin aqreqatının gedişlərinin düzxətliyi, qovuşuq cərgələrdə xərəklərin və üstörtmələrin olmaması markerlə əldə edilir. Diqqət! Qovuşuq cərgəarasının tənzimlənməsi məqsədi ilə növbəti gedişdə traktorun sağ təkəri markerin cızdığı izlə sürülməlidir. Aqreqat toxumsahənin uzun tərəfi üzrə sürülməklə səpir. Şəkil 2.15-də toxumsəpən aqreqatın qovuşuq cərgəarasının formalaşması zamanı 2 ardıcıl gedişinin markerin çıxış uzunluğu ilə tənzimlənməsi göstərilmişdir.
2.3.8. Amazone - D9 markalı toxumsəpən maşın
Hazırda Respublikamızın təsərrüfatlarında istifadə edilir. Quruluşu sadə, istismarı asan, texniki-texnoloji göstəriciləri yüksək olan bu toxum səpən maşın taxıl bitkilərinin toxumunun səpilməsində istifadə edilir. 14 kiloNyutonluq traktorlarla aqreqatlaşır (Şəkil 2.16). |