2.3.5. Toxum səpənin səpin normasına nizamlanması
Səpiləcək bitkidən asılı olaraq toxumsəpən maşın hektara səpin normasına nizamlanır. Bunun üçün
Şəkil 2.11-də toxum səpən maşının səpin normasına qurulmaq üçün hazırlanması göstərilmişdir. Sonra toxum səpən maşının toxum qutusunun üzərində olan norma nizamlayıcı dəstəyi hektara səpiləcək toxumun normasına uyğun gələn vəziyyətə, yəni bölgünün üzərinə qoyulur (Şəkil 2.12.). Bundan sonra toxum qutusuna onun tutumunun 1/3 hissəsi qədər toxum tökülür. Toxum səpənin dayaq təkəri 15 dəfə fırladılır. Bu zaman brezentin üzərinə toxumlar tökülür.
2.3.6. Tökülən toxumun çəkilməsi
Brezentin üzərinə tökülən toxum toplanaraq tərəzidə çəkilir Şəkil 2.13; Təkərin 15 dövründə səpilən sahə (m2) ilə 10000 m2 in nisbətinə görə bu nizamlanma ilə hektara səpilə biləcək toxumun çəkisi müəyyən edilir. Əgər faktiki səpilən toxumun çəkisi hektara qoyulan normadan fərqlənərsə toxum qutusu üzərində olan mexanizmin dəstəyini müvafiq istiqamətə dəyişməklə nizamlamanı təkrar aparmaq lazımdır. Bu proses qoyulmuş normanı tam əldə edənə qədər davam etdirilir.
Diqqət! Səpin norması əldə edilənədək nizamlama aparılır. |