Şəkil 2.2-də saat siferblatında saatlara uyğun olaraq ilin aylarının yerləşdirilməsi təsvir edilmişdir. Bitki toxumlarının səpilməsi məlum olduğu kimi torpaqda müəyyən qədər istiliyin və rütubətin formalaşdığı vaxtda həyata keçirilir. Payızlıq dənli bitkilərin səpini payızda bu şərtlər daxilində səpilir. Ümumilikdə isə bitkilərin vegetasiya dövrü aprel-avqust aylarına təsadüf edir. Şəkildə bitkilərin vegetasiya dövrünü əhatə edən aylar ox və qövslə işarə edilmişdir. Toxumların səpilməsindən başlamış məhsulun yığılmasınadək olan bu müddətdən gec olaraq işlər yerinə yetirildikdə məhsul itkisi olacaqdır. Odur ki, hər bir bitkinin aqrotexnikasında aqrotexniki müddət göstərilir.
2.2.2. Səpin üsulları
Qeyd edildiyi kimi, bitkilərin xüsusiyyətindən asılı olaraq müxtəlif səpin üsulları tətbiq edilir. Şəkil 2.3-də bitkilərin səpin üsullarının sxemləri verilmişdir. Şəkildə a) cərgəli səpin üsulu, b) lentli səpin üsulu, c) yuvalı səpin üsulu, d) kvadrat-yuvalı səpin üsulu, e) çarpaz yuvalı səpin üsulu, f) cərgə-yuvalı səpin üsulu sxematik olaraq verilmişdir.
Yadda saxlayın ki,
2.2.3. Toxumun basdırılma dərinliyi
Toxum torpağa bərabər dərinlikdə basdırılmalıdır. Dərinlikdən ən çoxu 15 faiz meyletməyə yol verilir. Şəkil 2.4-də normal dərinlikdən (5) müxtəlif dərinlikdə basdırılmış toxumların (1,2,3,4) inkişaf vəziyyəti əks edilmişdir. Göründüyü kimi 5-ci toxumun inkişafı normal gedir. 4-cü toxumdan başlayaraq toxumun basdırılma dərinliyi artdıqca toxumların inkişafı və bitkinin kök sistemi zəifləyir. Gün hesabı ilə 5-ci toxumun cücərmə vaxtı ilə 1-ci toxumun cücərmə vaxtı arasında olan fərq hesabına 1 toxum cücərsə də sonrakı inkişafdan geri qalaraq məhv olacaqdır. Bu isə məhsul itkisi deməkdir. |
|