- Torpağın əsas becərilməsi üçün aqreqatı tərtib edin.
|
- İş paltarınızı geyinin lazım olan alətləri hazırlayın.
- Texniki təhlükəsizlik qaydalarına diqqət edin.
- Traktorun dartı gücünə uyğun olaraq kotanı seçin (gövdə sayına diqqət verin)
- Kotanı üfüqi vəziyyətdə düz, hamar səthdə olduğundan əmin olun.
- Traktoru arxa hərəkətlə kotana yaxınlaşdırın.
- Hidravlik sistemin paylayıcısını ”endirmə” vəziyyətinə qoyub asma mexanizmini kotanın
asqı nöqtələrinə uyğunlaşdırın.
- Üç nöqtəli asma bəndlərini birləşdirin.
- Birləşmələrin etibarlı olduğuna əmin olun
- Traktoru işə salıb asma mexanizmini qaldırma vəziyyətinə qoyun.
- Aqreqatı nizamlama meydançasına sürüb şum dərinliyinə nizamlayın.
|