Su torpağa yağıntılardan, qrunt sularından, suvarma suyundan daxil olur. Şəkil 1.82-də pivod sistemi suvarmada suyun torpaq səthinə yayılması əks edilmişdir. Dəmyə - suvarılmayan zonalarda torpağın əsas su mənbəyi yağıntılardır. Torpağın suya tələbatı nəmliklə müəyyən edilir. Nəmlik nəm və quru torpağın kütlələrinin fərqindən müəyyən edilir. Nəmlik xüsusi cihazla ölçülür. Torpağın su keçirməsi məsaməlikdən asılıdır. Məsaməlilik az olduğundan suvarma ilə verilən su torpağın dərin qatlarına sızıb keçə bilmir. Su çatışmazlığından bioloji (vegetasiya dövründə) məhsul itkisi artır, məhsuldarlıq azalır. Ən çox su tələb edən bitki pambıqdır. Hektara 800-1400 litr su tələb edir. Pambıq suvarılan torpaqlarda əkilir. |