Diqqət! Taxıl yığıldıqdan sonra heç bir halda sahəni yandırmaq olmaz! Bəzi bölgələrdə taxıl yığıldıqdan sonra kövşənlikdə qalmış küləşi yığıb götürmədən kövşənlyi yandırılar (Şəkil 1.79). Bu aqronomluq nöqteyi nəzərindən və həm də ekoloji cəhətdən çox ziyanlıdır. Buna yol vermək olmaz. Odur ki, kövşənliyin yandırılması qəti qadağandır.
1.7. Torpağın vəziyyəti
1.7.1. Kənd təsərrüfatı texnikasının tətbiqinə
mane olan amillər
Bəzi hallarda texnikanın sahədə hərəkətləri nəticəsində müəyyən arzuolunmaz hallar yaranır. Belə ki, torpaq səthinin sıxlaşması, fiziki mexaniki xassələrinin dəyişməsi, keyfiyyətinin pisləşməsi texnikanın tətbiqi ilə əlaqəli müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu tədbirlər sırasında torpağa düşən xüsusi təzyiqin azaldılmasıdır. Traktorların ağırlığından torpağa düşən xüsusi təzyiqin azaldılması təkərlərin eninin artırılması, təkərlərin cüt sayda qoyulması və s. tədbirlərlə mümkündür. Kənd təsərrüfatı bitkilərinin torpaqda normal inkişafı, becərilmənin keyfiyyəti torpağın fiziki mexaniki xassələrindən asılıdır:
• Torpağın kipliyi;
• Eroziyası; • Mexaniki tərkibi; • Nəmliyi; • Sürtünməsi; • Bərkliyi; • Strukturu; • Məsaməliliyi. Bir bitkinin yetişdirilib məhsulunun yığılması müddətində aqrotexniki işləri yerinə yetirmək üçün sahənin eyni yerindən aqreqat 15-20 dəfə gedir. Əl ilə işlərin görülməsi çox zəhmət, vəsait, vaxt tələb etsə də torpağın sıxlığı, tərkibi, və nəmliyinin dəyişməsinə ciddi təsir etmir. Mexanikləşdirilmiş becərmədə traktorun, kənd təsərrüfatı maşınlarının, kombaynların, məhsulu sahədən daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı ağırlığından torpaq kipləşir. |