Yanğına qarşı təhlükəsizlik tədbirləri:
• Biçilməmiş sahəni biçilmiş sahədən ayırmaq üçün 2-3 gediş şum çəkilir; • Şum aqreqatı biçin zamanı sahənin kənarında saxlanılmalıdır; • Sahə böyük massivli olduqda ortasından uzununa və eninə istiqamətdə iki kombayn eni ilə biçilir, zolaq şumlanır ki, yanğın təhlükəsi olmasın (Şəkil 1.72). |
1.6. Küləşin samanın yığılması
Küləş heyvandarlıqda yem kimi istifadə edilir. Kombaynın qoyduğu küləş qotmanlarını pres bağlayanla presə bağlayıb daşıyırlar. Rusiyanın “Rostselmaş” firmasının istehsal etdiyi SK-5 Niva Effekt-1 kombaynı küləşi qotmanlayıb sahədə qoyur; Presbağlayanlar düzbucaqlı və rulon formalı olur. Claas firmasının istehsal etdiyi düzbucaqlı formalı presbağlayanın təsviri şəkil 1.73-də verilmişdir. |