Diqqət! Biçin vaxtı yanğın təhlükəsizliyini təmin etmək lazımdır: Yanğını söndürmək üçün ehtiyat su çəni olmalıdır, Su çəni şassi üzərində quraşdırılan, yarım qoşma yəni təkərli olmalı, dayaqla, nasos qurğusu ilə, müəyyən uzunluqda şlanqla təmin edilməli, sahənin kənarında doldurulmuş vəziyyətdə saxlanmalıdır (Şəkil 1.70).
Diqqət! Taxıl sahələrini yanğından qoruyun!
Taxıl sahələri yanarsa taxıl olmaz, taxıl olmazsa çörək olmaz! Yanğına qarşı tədbirləri hər bir mexanizator bilməli, yanğın söndürən alətlərdən istifadə etməyi bacarmalıdır. Taxıl sahəsində yanğın tez yayılır, qarşısının alınması çətinləşir (Şəkil 1.71). Odur ki, yanğın baş verməməsi üçün bütün təhlükəsizlik tədbirlərinə əməl edilməlidir. |