1.5.10. Taxıl bitkilərinin yığılması
Kombaynın texnoloji iş prinsipi belədir. Taxılyığan kombayn yığılacaq sahəyə yönəldilir. Kombaynın biçicisi taxılı biçir. Biçilmiş taxıl kütləsi maili kamera ilə döyən aparata ötürülür. Kütlə burada döyülür, dən küləşdən ayrılır və bunkerə doldurulur. Kombayn küləşi qotmanlayıcıda toplayıb qotman şəklində sahədə qoyur və ya xırdalayıb sahəyə səpələyir (Şəkil 1.66). Taxıl yığımına qoyulan tələblər:
1.5.11. Pambığın yığılması
Ölkəmizin kənd təsərrüfatında pambıq ən gəlirli sahədir. Pambıq bitkisinin qozaları tam açıldıqda sahə kombaynla yığım üçün hazırlanmalıdır. Pambıq kollarının yarpaqları kimyəvi yolla tökülməlidir. Bu defoliasiya adlanır. Defoliasiyadan sonra, yəni pambıq kollarının yarpaqları töküldükdən sonra sahə yığıma hazır olur. Sahənin görüntüsü şəkil 1.67.-da verilmişdir. Pambıq məhsulunun yığılmasında Kombaynlardan istifadə edilir. Hal hazırda Respublikamıza ABŞ-ın John Deere firmasının istehsal etdiyi JD-9970 markalı pambıqyığan kombaynı gətirilmiş və geniş istifadə edilir (Şəkil 1.68.). |