Silkələmə, böyük bitkilərdə səmərəlidir, adətən meyvə ağaclarında istifadə edilir. Ağacın çətirinin altına şəffaf parça və ya polietilen material sərib, ehtiyatla, budaqları zədələmədən silkələyirlər. Zərərvericilər parçanın üzərinə tökülür, onları toplayıb məhv edirlər.
Güclü su şırnağı ilə yuma bitki biti topasına qarşı istifadə etmək olar, amma bu üsul daha dayanıqlı bitkilərdə tətbiq edilə bilər. Bu məqsədlə, qoruyucu tordan istifadə edilə bilər (Şəkil 1.55). Qoruyucu tor bitkilərin yarpaqlarına kəpənək və milçəklərin daxil olmasını əngəlləyir. Kələm “yaxalığı” kordondan və ya plenkadan asan düzəldilə bilir (Şəkil 1.56), əkilmiş bitkinin gövdəsinə kip oturdulur və bitkiyə zərərvericilərin daxil olmasının qarşısı alınır. Təmizləmə, bitkilərin gövdələrindən zərərvericiləri payızda təmizləmək lazımdır. Adətən zərərvericilər bitkilərin qabığı altında gizlənir və orada yumurta qoyur. Yadda saxlayın! Qabıqları rezin ərsinlərlə təmizləmək lazımdır ki, bitkinin gövdəsi zədələnməsin (Şəkil 1.57). |