Pambıq sovkası elə sürətlə yumurta qoyaraq artır ki, ona qarşı bioloji mübarizə daha məqsədə uyğundur. Bioloji mübarizədə 50-dən çox növü olan entomofaq adlı həşəratlardan istifadə edilir. Bir entomofaq 160-250 sovka yumurtasını məhv edə bilir (Şəkil 1.52). Balaca həşərat sovkanın yumurtalarını sorub məhv edir. Pambıq sovkası qarğıdalıya da sirayət edir. Qarğıdalıya sirayət etmiş sovkanı məhv etmək həm mexaniki və həm də kimyəvi mübarizə metodlarından istifadə etməklə elə məhv etmək lazımdır ki, təkrar çoxalmasın. Şəkil 1.53-də qarğıdalı bitkisi məhsulunun sovka ilə zədələnməsi göstərilmişdir. Kartof bitkisi əkilmiş kiçik sahələrdən Kolorado böcəyini, onların süfrə və yumurtalarını içərisində ağ neft və ya xörək duzunun tünd məhlulu olan bankaya tökdükdə onlar məhv olur. Bitkinin ətrafında yumurta kisələrinin, zərərli cücülərin topasının və seliklərin olması araşdırılır, aşkar edildikdə məhv edilir (Şəkil 1.54). |