Kiçik sahələrdə işləmək üçün kürəyə asılan əl çiləyiciləri istifadə edilir (Şəkil 1.48). Zərərvericiləri bitkilərin hissələrindən mexaniki yolla ayırmaq, sadə tərtibatlar düzəltməklə yerinə yetirilir. Dənləmək, bitkilərin zədələnməsinin başlanğıc fazasında tətbiq etmək yaxşıdır. Dənləmə dedikdə bitkinin yarpaqlarında kök salmış zərərvericilər əl ilə qoparılaraq xüsusi torbaya yığılır (Şəkil 1.49). Sahədən kənarda müvafiq qaydada məhv edilir. Bitkilərdə ən tez zərərvericilərlə yarpaqların alt tərəfi, təzə bərkiməmiş bığcıqlar, qabıq, kök boyunları zədələnir. Zərərvericiləri bitkinin zədələnmiş hissəsindən əllə götürürlər və hər hansı münasib olan qaba, və ya torbaya yığıb sonra məhv edirlər. Bu yolla Kolorado böcəyinə, ilbizə, seliyə qarşı mübarizə aparmaq olar (Şəkil 1.50). Respublikamızda pambıqçılıq böyük sürətlə inkişaf etdirilir. Pambıqçılıq həm sosial məsələ, əhali üçün məşğulluq, gəlir mənbəyi həm də dövlət üçün valyuta gətirən sahə kimi diqqətdə saxlanılır. Pambığın ən geniş yayılan və pambıq məhsuluna ciddi zərər vuran, hektardan məhsuldarlığı azaldan zərərvericisi sovkadır (Şəkil 1.51). Mexaniki yolla sovkanı əl ilə qoparıb torba və ya bankaya yığıb sonra məhv edirlər. |