1.3.4.5. İynəvari işçi orqanlı dairəvi yumşaldıcı
kultivator
Kombinə edilmiş, yəni bir neçə əməliyyatı bir gedişdə yerinə yetirən dairəvi yumşaldıcı diskləri olan yemləndirici kultivatorun görünüşü şəkil 1.45- də verilmişdir. Bu kultivator gilli torpaqlarda suvarmadan sonra yaranan qaysaqları dağıtmaq və torpağı yumşaltmaq və becərilən bitkini gübrə ilə qidalandırmaq üçün istifadə edilir.
1.3.4.6. Kultivasiya ilə birlikdə bitkiyə gübrə və
herbisidin verilməsi
Kultivasiya ilə birlikdə qarğıdalı bitkisinə gübrə və herbisid yemləndirici kultivatorla verilir (Şəkil 1.46). Bunun üçün kultivatorun üzərinə qoyulmuş herbisid çəninə zəhərli maddə tökülür. Hidravlik sistem vasitəsi ilə hər cərgəyə herbisid verilir.
1.3.5. Lentli əkinlərdə cərgəaralarının
becərilməsi
Lentli əkinlərdə traktorun sahədə normal hərəkətini təmin etmək üçün traktorun təkərləri lentlər arası cərgə araları ilə istiqamətləndirilir (Şəkil 1.47). Kultivasiyadan sonra cərgə aralarında alaqlar tam məhv edilir və torpaq verilmiş dərinlikdə yumşaldılır. |
Kənd təsərrüfatı bitkilərinin xəstəliklərinə, zərərvericilərinə və alaq otlarına qarşı mühafizədə kimyəvi mübarizə vasitələrindən istifadə edilir.
Kimyəvi mühafizə vasitələrinə çiləyicilər, tozlayıcılar və başqa vasitələr daxildir.
Çiləyicilər, tələb edilən tərkibdə hazırlanmış zəhərli kimyəvi məhlulu bitki əkilmiş sahəyə çiləyir.