1.3.4.1. Alaqların əl ilə çəkilməsi
Bəzən fermer əlavə vəsait sərf etməmək məqsədi ilə ailə üzvləri və ya işçisi alaqları bir-bir əllə çəkirlər (Şəkil 1.41). Bu, həm çox zəhmət, həm də çox vaxt tələb edir. Eyni zamanda alaqların kök və gövdə sistemi möhkəm olduğundan onun kökünü torpaqdan tam çıxarmaq olmur. Bu isə nəmlikdə alağın yenidən cücərməsinə səbəb olur. Bu üsul səmərəli hesab edilmir.
1.3.4.2. Alaqların kəsilməsinin mexaniki yolu
kultivasiyadır.
Kultivasiya cərgəarası becərilən bitkilərdə kultivatorla yerinə yetirilir. Kultivatorun işçi orqanları cərgəaralarında elə yerləşdirilir ki, becərilən bitkinin kök və gövdəsi zədələnməsin. Alaqları məhv etməklə bərabər işçi orqanlar torpağı müəyyən dərinlikdə yumşaldır, bitkinin inkişafını sürətləndirir. Yaylı pəncəli cərgəarası becərən kultivator şəkil 1.42-də təsvir edilmişdir.
1.3.4.3. Çıxışlardan sonra əkinlərin torlu mala ilə
malalanması
Çıxışlardan sonra səpin cərgələrinə köndələn istiqamətdə torlu mala çəkilməsi alaqlara qarşı ən yaxşı mübarizə üsuludur. Bu malaların en götürümü kiçik, çəkisi yüngül olduğu üçün bir neçə malanı eyni zamanda traktora qoşmaq mümkündür (Şəkil 1.43).
1.3.4.4. Yastı kəsən pəncəli cərgəarası becərən
kultivator
Torpağın alaqla sirayətlənməsindən asıl olaraq bəzi hallarda bir tərəfli yastı kəsən və iki tərəfli qazayağı formalı alaq kəsən pəncəli kultivatordan istifadə edilir. Alaqlara qarşı mexaniki mübarizə üsulunda istifadə edilən kultivatorda işçi orqanlar cərgə arasının ortasında hər iki tərəfdən kəsən qazayağı pəncə, sağdan və soldan birtərəfli yastı kəsən pəncələr quraşdırılır. Kultivator asmadır (Şəkil 1.44). |