Damcılı suvarmanın əsas işçi elementləri: Mərkəzi su paylama şəbəkəsi - kapron borular və bütün sahə boyunca hər bir bitkinin kökünə suyu damcılayan ucluqdur (Şəkil 1.30). Damcı suvarma bütün bitkilərə tətbiq edilir.
1.3.3.2. Yağış yağdıran qurğularla suvarma
Ərazinin su təchizatından asılı olaraq Mərkəzi su paylama şəbəkəli və kanaldan su götürməli suvarma sistemləri var. Yağış yağdırmaqla suvarma qurğusunun çiləyici ucluqları fırlanaraq suyu sahənin səthinə bitkiyə bərabər miqdarda çatdırır (Şəkil 1.31).
1.3.3.3. Mərkəzli pivod suvarma sistemi
Böyük sahələrdə hərəkət edən pivod suvarma sistemi tətbiq edilir. Sistemdə su kanalından götürülərək süzülür, təmizlənir və nasos vasitəsi ilə paylayıcı sistemə verilir. Müəyyən məsafədən bir yerləşmiş çiləyici ucluqlardan su ətrafa çilənir (Şəkil 1.32).
1.3.3.4. Bir qollu (konsol) yağış yağdıran
suvarma sistemi
Mərkəzi pivod suvarma sisteminin bir növü kimi kiçik enli sahələrdə bir qollu yağış yağdıran suvarma sistemindən də istifadə edilir. Bir qollu yağış yağdıran suvarma sisteminin sxemi şəkil 1.33-də verilmişdir. |