1.3.2. Xəstəliklərə, zərərvericilərə və alaq
otlarına qarşı kimyəvi mübarizə
Bu əməliyyat ventilyatorlu və ya qollu çiləyicilərlə yerinə yetirilir. Meyvə və üzüm bağlarında ventilyatorlu çiləyicilərdən (Şəkil 1.26), tarla bitkilərində isə qollu çiləyicilərdən (Şəkil 1.4) istifadə edilir. Bitkilərə yemləndirici gübrə vermə - buraya vegetasiya dövründə bitkilərin inkişafını təmin etmək üçün kultivasiya ilə birlikdə yemləndirici gübrənin verilməsi daxildir (Şəkil 1.27). Kultivatorla cərgəaraları 8-12 santimetr dərinlikdə yumşaldılır, alaqlar kəsilir və aqrotexniki tələbata uyğun mineral gübrələr müəyyən dərinlikdə torpaq altına verilir.
1.3.3. Bitkilərin suvarılması
Bitkilərin inkişafı üçün suvarma xüsusi əhəmiyyət daşıyır. Suvarma aşağıdakı növlərə ayrılır:
• Selləmə suvarma;
• Yerüstü, damcı suvarma; • Yağış yağdırma ilə suvarma. Ən səmərəli suvarma yağış yağdırma ilə suvarma hesab edilir (Şəkil 1.28). Hektara tələb edilən su norması yaxşı tənzimlənir, bitkilər bərabər miqdarda su ilə təmin edilir.
1.3.3.1. Damcı ilə suvarma
Hər bitki suya tələbatından, torpağın nəmlik saxlama qabiliyyətindən asıl olaraq vegetasiya dövründə bir neçə dəfə suvarılır. Dəmyə şəraitində susuzluğa davamlı bitki sortları əkilməlidir. Müasir suvarma texnologiyalarından biri damcılı suvarma üsuludur. Şəbəkədən magistral şlanqla su hər cərgənin başlanğıcından ayrılan kiçik en kəsikli şlanqla cərgələrə verilir. Cərgə boyunca hər bitkinin dibində şlanqdan açılmış deşikdən damcı ilə torpağa verilməklə suvarılır (Şəkil 1.29). |