Əsas kənd təsərrüfatı əməliyyatlarının maşın-traktor aqreqatları ilə yerinə yetirilməsi zamanı tövsiyə olunan sürət rejimləri cədvəldə verilir.
Əməliyyatları yerinə yetirərkən bu sürət rejimləri əsas götürülməlidir.
Yerli şəraitə, texnikanın vəziyyətinə, sahənin ölçülərindən asılı olaraq sürət rejimlərinə dəyişiklik etmək olar.
Aqreqatların əməliyyatlar üzrə təklif olunan sürət diapazonları, kilometr/saat | ||
1 | Şumlama | 4-7,5 |
2 | Dişli mala ilə malalama | 3,5-13 |
3 | Başdan-başaku tiv siya | 5-12 |
4 | Vərdənələmə | 6-11 |
5 | Dənli bitkilərin səpilməsi | -10 |
6 | Qarğıdalının səpilməsi | 7-11 |
7 | Şəkər çuğundurunun səpilməsi | 5-8,5 |
8 | Mineral gübrə səpilməsi | 6-10 |
9 | Kartofun əkilməsi | 6-12 |
10 | Cərgəarası yumşaltma | 4-10 |
11 | Çuğundur cərgə aral rının y mşald lması | 4-6 |
12 | Kartofun dibinin doldurulması | 4 6 |
13 | Dənlik qa ğıdalının kombaynla yığılması | 4-7,5 |
14 | Silosluq qarğıdalının kombaynla yığılması | 4-10 |
15 | Şəkər çuğundurunun yığılması | 2,5-7,5 |
16 | Kartofun kombaynla yığılması | 1,5-4,5 |
Səpin ləklərinin hazırlanması dedikdə səpin aparılacaq sahənin səpinə hazırlanması başa düşülür.
Torpaq səpinqabağı hazırlanmalı, ləklər müəyyən edilməli və ləklərdə aqreqatın hərəkəti üçün hazırlıq işləri görülməlidir.
Torpağın səpinqabağı hazırlanmasına torpağın malalanması, başdan-başakultivasiya çəkilməsi, torpağın vərdənələnməsi və sıxlaşdırılması və hamarlanması daxildir.