Şumlama traktordan və kotandan ibarət aqreqatla yerinə yetirilir. Şəkil 1.12-də New Holland traktorundan və 5 gövdəli dönən kotandan ibarət şum aqreqatı göstərilmişdir. Şumdan sonra tirələrin əmələ gəlməməsi üçün dönən kotanlardan istifadə edilməsi məqsədəuyğundur. Şumlama zamanı sürüm hərəkət üsulu, çimbasar və çimçevir sürümlərin növbələşməsi tətbiq edilir. Sürüm hərəkət üsulunda sahə bir neçə sürümə ayrılır. Sürümün eni C-aqreqatın en götürümünün bir neçə mislinə bərabər olmalıdır (Şəkil 1.13) Göründüyü kimi, aqreqat 1-ci gedişini sahənin ortasından edir, sağa dönmələr edir və tək nömrəli gedişlər solda, cüt nömrəli gedişlər sağda olur. 1-ci sürüm şumlandıqdan sonra aqreqat növbəti sürümü şumlayır. Aqreqatın gedişlərindən sonra tirəlik əmələ gəlməməsi üçün dönən kotanlar da tətbiq edilir. Bu zaman sahənin başında kotanı döndərib şumlamanı məkik üsulu ilə aparırlar. CLAAS AXİON 820 traktorundan və 8+4 gövdəli dönən kotandan ibarət şum aqreqatının sahədə hərəkəti şəkil 1.14-da göstərilmişdir. Sahədə torpağın mexaniki tərkibindən və müqavimətindən asılı olaraq əlavə 4 gövdə qoşula və ayrıla bilir. |
Şəkil 1.13. Sürüm hərəkət üsulu ilə sahənin
aqreqatla şumlanması zamını hərəkət sxemi.
|