1.1.5. Maşın traktor aqreqatların aqrotexniki
əməliyyatları yerinə yetirərkən hərəkət üsulları
Sahənin konfiqurasiyasından, aqreqatın kinematik göstəricilərindən, becərilən bitkinin xüsusiyyətlərindən asılı olaraq maşın traktor aqreqatları sahədə müxtəlif hərəkət üsulları ilə hərəkət etdirilir (Şəkil 1.9).
1.1.6. Torpağın əsas becərilməsi - şumlanma
Şum aqreqatı, məsələn CLAAS AXİON 820 markalı traktor və LEMKEN 6 gövdəli, ön kotancıqlı dönən kotandan ibarət olur. Şumlamaya qoyulan aqrotexniki tələblər:
Şumlamada kotan gövdələri tərəfindən layın çevrilməsi şəkil 1.10-dakı sxemdə göstərilmişdir. Şum zamanı laylar çevrildikdə çökəklik və qabarıqlıq əmələ gəlir (Şəkil 1.11). Çim basar hərəkət üsulunda aqreqatın hərəkət istiqamətinə nəzərən gövdələr kəsilmiş layı soldan sağa çevirir və sağa doğru tirələr əmələ gəlir (Şəkil 1.11, a). Sahənin ortasında aqreqatın gedişi əks istiqamətdə olduğu üçün gövdələr torpaq laylarını sağdan sola doğru çevirir və qovuşuqda tirə əmələ gəlir (Şəkil 1.11, b). |
|