Yadda saxlayın ki, kənd təsərrüfatı bitkilərinin növündən və vegetasiya müddətindən asılı olaraq toxumu səpmək, şitilini, tingini və çilingini əkmək və yumrusunu basdırmaq yolu ilə yetişdirilir.
Toxumlar, kök yumruları, tinglər, çilinglər müəyyən dərinlikdə bərabər və qanunauyğun paylanmalıdır. Eyni dərinlikdə basdırılmayan toxumların cücərməsi fərqli olacaqdır. Şəkil 1.7-dən göründüyü kimi dayaz basdırılan toxum cücərmədən məhv olur. Dərin basdırılan toxumlar isə cücərib torpaq səthinə çıxa bilmədiyindən gecikir və sonra məhv olur. Odur ki bütün toxumlar qoyulmuş aqrotexniki tələbə uyğun müvafiq dərinlikdə basdırılmalıdır. Gübrələr torpağın səthinə və üst qatına bərabər səpələnməlidir. Mineral gübrə səpən maşınlar gübrəni fırlanan disklər vasitəsi ilə mərkəzdən qaçma qüvvəsinin hesabına uzaq məsafəyə səpələyir (Şəkil 1.8). Bu maşınların işçi en götürümü konstruktiv en götürümündən dəfələrlə böyük olur.
1.1.4. Mexanikləşdirilmiş tarla işlərinin yerinə
yetirilməsi
Maşın traktor aqreqatları ilə mexanikləşdirilmiş aqrotexniki əməliyyatları yerinə yetirərkən aşağıdakılar nəzərdə tutulur:
|