Məhsul yetişdikdən sonra onu kombaynla və ya yığıcı maşınlarla yığırlar. Yığım işində köməkçi əməliyyat kimi nəqliyyat vasitələrinin təmin edilməsi və yığılmış məhsulun daşınıb anbara təhvil verilməsidir. Taxıl bitkiləri birbaşa kombaynla yığılır. Taxıl xırmana daşınır, orada müəyyən nəmliyədək qurudulur, qarışıqlardan və püfədən təmizlənir.
Taxılçılıqda ikinci məhsul hesab edilən küləş yığılaraq preslənir və daşınaraq ferma kənarlarında tayaya vurulur.
Müasir taxılyığan kombaynlar New Holland, Claas, Sampo və s. qotmanlayıcısız variantda istehsal edilir, yəni küləş xırdalanaraq kombaynın arxasınca tökülür. Sifariş olduğu halda həmin kombaynlar qotmanlayıcı ilə istehsal edilir. Rusiya Federasiyasının istehsal etdiyi SK-5-ME-1 Effekt Niva markalı taxılyığankombaynı qotmanlayıcılı və qotmanlayıcısız variantda buraxılır. Küləşi qotmandan presbağlayanlarla düzbucaqlı və ya rulon formalı preslərə bağlayırlar.
Kənd təsərrüfatı bitkilərinin məhsulu yetişdikdə onu yığıb aidiyyəti üzrə təhvil verirlər. Yığımdan sonra növbəti ilin məhsulunun əsası qoyulur. Yəni aqrotexniki tələblərə uyğun olaraq torpağın becərilməsi işləri aparılmalıdır.
1.1.1. Məhsul yığıldıqdan sonra torpağın
becərilməsi
Yadda saxlayın ki, hər bir kənd təsərrüfatı bitkisinin məhsulu yığıldıqdan sonra növbəti ilin məhsulu üçün torpaq hazırlanmalıdır. Buna becərmə deyilir. Strateji məhsul olan taxıl biçilərək dəni və küləşi yığıldıqdan sonra sahə becərilməlidir (Şəkil 1.1). Yığımdan sonra becərmə işləri verilmiş aqrotexniki müddətdə aparılmalıdır. Aqrotexniki müddətdən gecikmə bioloji məhsul itkisinə səbəb olur.
1.1.2. Torpağın becərilməsi
Kənd təsərrüfatı bitkilərinin becərilmə əməliyyatlarına aşağıdakılar daxildir:
• Kövşənliyin şumlanması (Şəkil 1.2):
• Sahənin üzdən yumşaldılması (Şəkil 1.3); • Alaqların məhv edilməsi (Şəkil 1.4); • Şırımın açılması (Şəkil 1.5); • Torpağın sıxlaşdırılması və düzləndirilməsi (Şəkil 1.6). |
|