Sərbəst iş üçün tapşırıqlar
Yaşadığınız rayonun ərazisində fəaliyyət göstərən əmək müfəttişliyinin bölməsinə səfər edin;
Bölmə tərəfindən təhlükəsizlik qaydalarının pozulması haqda məlumat toplayın;
Kənd təsərrüfatı texnikalarının təhlükə mənbələrini araşdırın və qruplaşdırın;
Təhlükə haqqında, xəbərdarlıq nişanları haqqında bildiyiniz məlumatları qrup yoldaşlarınızlamüzakirə edin;
Pambıq yığan kombaynın işçi orqanlarında yarana bilən təhlükələrin qarşısının alınmasıhaqqında mülahizələrinizi qrup yoldaşlarınızla müzakirə edin;
Fırlanan işçi orqanlı texnika ilə işləyərkən təhlükəsizlik tədbirləri haqqında məlumat verin;
Kombayn və traktorların qayış, dişli çarx, zəncir ötürmələrində nizamlama apararkən təhlükəsizlik tədbirləri haqqında məlumatları yada salın;
Traktoru və kombaynı irəli geri hərəkət etdirərkən ətrafdakı şəxslərin təhlükəsizliyinin təmin olunması qaydalarını müzakirə edin;
Təmir və nizamlama işləri zamanı texnikanın dayandırılması qaydasını izah edin;
Traktorun və kombaynın mühərriki isti olan halda soyutma sisteminin radiatoruna baxarkənnə etmək lazım olduğu haqqında məlumat verin;
Təhlükəsizliyi təmin edən qoruyucu geyimlərə baxış keçirin və geyinin, müsbət cəhətlərini izah edin.