Diqqət! Əmin olun ki, dayanacaq tormozu birləşdirilib. Maşının gözlənilmədən hərəkət etməsi ciddi xəsarətlə və hətta ölümlə nəticələnə bilər. Əgər baypas yoxlama sistemi işləmirsə, onda John Deere firmasının yerli dilerinə müraciət edin. Yığıcı aparatların hərəkət hissələrindən təhlükəsiz məsafədə olmadığınız üçün həmişə baypasın şnurunu yoxlama üçün əlinizdə tutun. Yığıcı aparatlar üzərində durduqda baypası birləşdirməyin (Şəkil 8.30). Qoruyucu falın dəyişdirici açarından istifadə təhlükəni azaldır Pambıqyığan kombaynın yığıcı aparatı üzərinə yıxılmaq və yaxud toxunmaq ağır xəsarət və ya ölümlə nəticələnə bilər. Cərgə aralarında işləyən aparatlardan aralı durun. Həmişə yoxlayıcı baypasın şnurunu aparatlardan təhlükəsiz məsafədə saxlayın. Ayaqlarınızı etibarlı yerdə qoymaqla təhlükəsiz məsafədə durun və qoruyucu falın dəyişdirici açarının düyməsini sıxın (Şəkil 8.31). |