8.2.3.5. Zəhərli kimyəvi maddələrin təhlükəsi
Diqqət! Yüksək təzyiqli kimyəvi maddələrlə çiləmə aqreqatları ilə işləyərkən həyat üçün təhlükəli zədə ala bilərsiniz (Şəkil 8.25). Qoruyucu vasitələrdən istifadə edin!
8.2.4. Kəsici orqanlı maşınlar və kombaynlar
8.2.4.1. Taxıl və yem yığan kombaynların, otbiçən maşınların kəsici orqanlarının təhlükəsi
Taxıl və yem yığan kombaynların, otbiçən maşınların kəsici orqanları işləyə-işləyə onlara yaxınlaşmaq ciddi zədə vura bilər (Şəkil 8.26).
8.2.4.2. Pambıq yığan kombaynın yığıcı işçi orqanlarını nizamlayarkən təhlükələr
Pambıq yığan kombaynın yığıcı işçi orqanın barmaqlarını dəyişdirən zaman xüsusi açardan istifadə edin. Kombaynın bıçaqlarını dəyişəndə təhlükəsizlik üçün əlcəklərdən istifadə edin (Şəkil 8.27). |