Cəhrə, baraban, elevatorlar qayış ötürməsi ilə ehtiyatlı davranın Kənd təsərrüfatı texnikasında xüsusi ilə kombaynlarda hərəkət qayış ötürməsi ilə daha çox ötürülür. Cəhrə, baraban, elevatorlar qayış ötürməsi ilə hərəkətə gətirilir. Diqqət! Dayandırılmadan müdaxilə etməyin, həyat üçün təhlükəlidir (Şəkil 8.10). Qayışın nizamlanması zamanı ehtiyatlı olun Diqqət! Əgər mühərrik işləyirsə və qayış hərəkət edirsə, onda hərəkət edən hissələrə bədənin hissələrinin ilişməsi qaçılmazdır. Bu isə ağır xəsarət və ya ölümlə nəticələnə bilər. Qayışın nizamlanmasına başlamazdan əvvəl əmin olun ki, mühərrik söndürülüb və dayanacaq tormoz qoşulub, alışdırma açarı yerindən götürülüb. Əks halda qayış bədənin üzvlərini zədələyə bilər (Şəkil 8.11). Dişli çarx ötürməsi ilə işlədikdə ehtiyatlı olun Mühərrik üzərində, ötürmələr qutusunda, arxa körpüdə, toxum səpən, gübrəsəpən və digər texnikalarda dişli çarx ötürməsi ilə işlədikdə ehtiyatlı olun zədə ala bilərsiniz (Şəkil 8.12). Şəkil |