Diqqət! Kənd təsərrüfatı texnikası ilə işləyən hər bir şəxs bilməlidir ki, texnika onların həyatı üçün müxtəlif təhlükə mənbəyidir.
Yadda saxlayın ki, texnika hərəkətli olduğu üçün həm özüyeriyən texnika, o cümlədən traktor və kombaynlar və həm də aqreqatlaşan kənd təsərrüfatı texnikası idarə edilərkən təhlükəsizlik texnikası qaydalarına əməl etmədikdə ciddi təhlükə yarada bilər.
8.1.1. Qadağa işarəsi
Unutmayın ki, texnika ilə işləyərkən fırlanan hissə və mexanizmlər, qayış, zəncir və dişli çarxlı hərəkət ötürmələri, kəsici işçi orqanlar, qaldırılan və nizamlanan qovşaqlar, yanacaq, elektrik avadanlıqları həyat üçün təhlükə mənbəyi hesab edilir. Təhlükələrin olduğunu diqqətə çatdıran ən vacib qadağa işarəsi asılanda təhlükənin yaxın olduğu anlamına gəlir (Şəkil 8.1) Xüsusi ilə ən təhlükəli hallar texnika işləyə-işləyə onda müəyyən nizamlama işlərinin aparılması və baxış keçirilməsidir
8.1.2. Ümumi təhlükə və xəbərdarlıq işarələri
Quraşdırma və sazlama içlərinin ümumi təhlükəli olması işarəsinə əməl edin (Şəkil 8.2). |