|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 7
Sual 1. Taxılyığan kombaynlarda taxıl hansı işçi orqanla biçilir?
A) Saman küləş silkələyənlə;
B) Biçən hissə ilə;
C) Döyən aparatla;
D) Kəsən aparatla.
Sual 2. Taxılyığan kombaynda dən harada döyülərək sünbüldən ayrılır?
A) Cəhrədə;
B) Şnekdə;
C) Döyən aparatda;
D) Maili kamerada.
Sual 3. Pambıqyığan kombaynda pambığı koldan yığan hissənin adı nədir?
A) Barmaq;
B) Val;
C) Ventilyator;
D) Bunker;
Sual 4. Yem yığan kombaynların funksiyası nədir?
A) Otu və silosluq qarğıdalını biçmək;
B) Otu və silosluq qarğıdalını doğramaq;
C) Otu və silosluq qarğıdalını biçmək və doğramaq;
D) Otu və silosluq qarğıdalını biçmək, doğramaq və nəqliyyat vasitəsinə yükləmək;
Sual 5. Seqmentli bıçaqlı-sürgüqollu asma tipli ot biçənin əsas işçi elementi nədir?
A) Gövdə;
B) Hərəkət verən qayış;
C) Barmaq;
D) Bıçaq.
Sual 6. Holmer Terra Dos T 4-30 markalı özüyeriyən kombayn hansı bitkini yığır?
A) Kartofu;
B) Soğanı;
C) Şəkər çuğundurunu;
D) Meyvəni.