3. Yem yığan kombaynın biçici işçi orqanlarını işə hazırlayın. |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
- Lazım olan avadanlıq və tərtibatları əldə edin.
- Kombaynın biçən hissəsinə baxış keçirin.
- Bıçaqların, əks kəsici barmaqların hamısının saz və yerində olduğuna əmin olun.
- Zədələnmiş işçi orqan aşkar edildikdə onu yenisi ilə dəyişdirin.
- Yemi xırdalayıcıya ötürən şnekin elementlərini nəzərdən keçirin.
- Xırdalayıcının bıçaqlarına baxın.
- Yemi yükləyən borunun açılıb bağlanmasını yoxlayın.
- Kombaynın mühərrikini işə salın.
- Biçən hissənin elementlərinin normal işini müşahidə edin.
|