Praktiki tapşırıqlar və fəaliyyətlər
Fəaliyyət
Tapşırıqlar
1. Taxılyığan kombaynı işə hazırlayın.
İş paltarını geyinin.
Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
Kombayna baxış keçirin.
Yanacaq, yağ və maye axmaları olmamasından əmin olun.
Hidravlik sistemdə, yağlama sistemində, yağın səviyyəsini yoxlayın.
Yanacaq qabında kifayət edəcək qədər yanacaq olmasını yoxlayın.
Ehtiyac varsa kombayna əlavə yanacaq doldurun.
Mühərriki işə salın və normal temperaturadək qızdırın.
Kombaynın işə hazır olduğundan əmin olun.
2. Pambıq yığan kombaynın yığan aparatının işini izah edin.
İş paltarını geyinin.
Əməyin təhlükəsizlik qaydalarına diqqət edin.
Kombaynın mühərrikini işə salın.
Kombaynın işə hazır olduğundan əmin olun.
Kombaynın yığan aparatlarını torpaq səviyyəsindən qaldırın.
Kombaynın yığan aparatlarını işə salın.
Dövrlər sayının normal olmasını dəqiqləşdirin.
Şpindelli barabanların işini izah edin.
Pambıq ləçəklərinin koldan necə ayrılmasını izah edin.
Yığılan pambığın aparatdan ayrılmasını izah edin.
Pambığın bunkerə dolmasını izah edin.