7.10.3. Altlıqların yüklənməsi və boşaldılması
Gübrələri anbarlarda, loqistik bazalarda boşaltmaq və saxlamaq üçün taxta və plastik kütlədən hazırlanmış altlıqları və digər yükləri yükləmək və boşaltmaq üçün elektriklə işləyən yükləyicilərdən istifadə edilir (Şəkil 7.84). Bu yükləyicilər 1,5-2,0 metr hündürlükdən yükü boşalda bilir. Manevrliyi və idarə edilməsi asandır.
7.10.4. Küləş və ot preslərinin yüklənməsi və daşınması üçün qoşqu-yükləyici
Bəzi hallarda həm yükləyici və həmdə nəqliyyat vasitəsi eyni vaxta əldə olmur. Bağlanmış preslərin sahədən tez daşınıb fermalarda tayaya vurulması işinin gecikməməsi üçün özü yükləyən qoşqulardan istifadə edilir (Şəkil 7.85). Yük hazır olduqdan sonra nəqliyyat vasitəsi qoşqunu təyinat yerinə aparır və qoşqu yükləyici özü yükünü boşaldır.
7.10.5. JCB firmasının istehsal etdiyi təkərli frontal çalovlu yükləyici
JCB firmasının istehsal etdiyi təkərli frontal yükləyici çalovlu tiplidir. Çox tonnajlıdır, tökmə yüklərin yüklənməsində istifadə edilir (Şəkil 7.86).
7.10.6. JCB firmasının istehsal etdiyi təkərli frontal yükləyicinin qabarit ölçüləri
JCB firmasının istehsal etdiyi təkərli frontal yükləyicinin qabarit ölçüləri şəkil 7.87-da verilir. |