7.9.4. Leveling 135 3000x135 4RM 4RS özüyeriyən meyvə yığan platforma
Meyvə bağları üçün əlverişli konstruktiv quruluşa malik olan platforma istifadəsi sadə və hündürlüyü nizamlanandır. İki oxlu üfüqi platformalı, tənzimlənən, hidrostatik ötürməlidir. Hərəkət sürətı 10 kilometr/saatadək, mühərriki 25 at qüvvəsi gücündədir (Şəkil 7.81).
7.10. Yük boşaltma qurğuları - Pick up
7.10.1. Hazır məhsulların boşaldılması
Üst-üstə yığılması asan olan hazır məhsulların boşaldılmasında istifadə edilən yükləyicilər (Şəkil 7.82).
7.10.2. Kənd təsərrüfatı təyinatlı yüklərin dəmir yol vaqonlarından yüklənib-boşaldılması
Gübrələrin, meyvə yeşiklərinin uzaq məsafəyə göndərilməsində dəmir yol nəqliyyatından istifadə səmərəlidir. Bu halda yüklərin vaqonlara yüklənməsi və boşaldılması xüsusi yükləyici texnika ilə yerinə yetirilir (Şəkil 7.83). |