Şəkər çuğunduru, kartof, taxıl və digər məhsullar yığıldıqdan sonra anbarlara, loqistik bazalara, xırmandan ilkin emal müəssisələrinə daşınmaq üçün böyük yükgötürmə qabiliyyəti olan nəqliyyat vasitələrinə yüklənməlidir. Bu məqsədlə xüsusi yükləyici texnikadan istifadə edilir.
Kleine RL 350 V Cleanliner Mega markalı çuğunduru topadan nəqliyyat vasitələrinə yükləyən maşın özüyeriyəndir, iki tərəfli şnekli yığıcısı nəqletdirici transportyoru və yükləyici transportyoru vardır (Şəkil 7.76).
Şəkər çuğunduru Kleine RL 350 V Cleanliner Mega özüyeriyən yükləyici ilə daşınmaq üçün nəqliyyat vasitəsinə yüklənir (Şəkil 7.77).
Yükləyici çuğundur topasına yaxınlaşaraq, şnekli yığıcı işçi orqanları aşağı endirir. Nəqliyyat vasitəsi yükləyiciyə yaxınlaşıb yükləyici transportyorun altında dayanır. Yükləyicinin işçi orqanları işə qoşulduqda yükləmə prosesi başlayır.
Respublikanın Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində meyvəçiliklə məşğul olan fermer təsərrüfatları çoxdur.
Burada yetişdirilən meyvə bağları intensiv tipli bağlardır. Meyvə yığımında yığım prosesini sürətləndirmək məhsuldarlığı artırmaq, yükləmə boşaltma işlərini səmərəli təmin etmək üçün platformalardan istifadə edilir.