7.6. Kartof yığan kombaynlar
Almaniyanın Grimme firmasının istehsal etdiyi Grimme SE 75 kartof yığan kombaynı.
Respublikamızın əksər rayonlarında kartof yetişdirilir.
Kartofun yığılması çox zəhmət tələb edən işdir. Odur ki, kombaynla birbaşa yığmaq, əvvəlcə
kartofu qazanlarla çıxarıb cərgəyə qoymaq və sonra iki cərgəni birlikdə kombaynla yığmaq
texnologiyası tətbiq edilir.
Almaniyanın Grimme firmasının istehsal etdiyi Grimme SE 75 kartof yığan kombaynı Şəkil
7.70-da verilmişdir.
7.6.1. Kartof yığan kombaynın sahədə hərəkət üsulu və işin təşkili
Kartof yığan kombayn yığım zamanı bunkeri sağda yerləşən halda sürümdə şəkildə göstərilən
qaydada hərəkət etməlidir (Şəkil 7.71).
Məqsəd aqreqatın gedişləri zamanı bir neçə cərgədən yığılan kartofu bir yerə yığmaq və
toplanıb daşınmasını asanlaşdırmaqdır.
Şəkildə:
7.6.2. Qoşma Kartof yığan kombayn
Əksər hallarda kartofun yığılmasında kombayn çatışmadıqda və onun maya dəyərini azaltmaq üçün
nisbətən ucuz texnikadan istifadə etmək əlverişli olur.
Qoşma kartof yığan maşın bu məqsədlə daha səmərəli hesab edilir (Şəkil 7.72).
100-130 at qüvvəsi güc tələb edir, işçi orqanları traktorun GAV-dan hərəkətə gətirilir.
Kartofu yığıb nəqliyyat vasitəsinə yükləyir.
|
Şəkil 7.70. Almaniyanın Grimme firmasının istehsal etdiyi Grimme SE 75 kartof yığan
kombayn.
Şəkil 7.71. Kartof yığan kombaynın sahədə hərəkət üsulu və işin təşkili.
C - ləkin enidir;
L-sürümün uzunluğudur;
Lp - ləkin işçi hissəsinin uzunluğudur;
I, II, III, IV - ayrılmış küzlərin işarələridir;
1, 2 - kombaynın ardıcıl gedişləridir;
E - kombaynın sahənin kənarlarında dönməsi üçün ayrılmış dönmə zolaqlarıdır.
Şəkil 7.72. Qoşma Kartof yığan kombayn.
|