7.3.9. Ploeger EPD 540 markalı noxudyığan kombaynı
Ploeger EPD 540 markalı noxudyığan kombaynı yaşıl noxudu, saplaqlı fasolu, paxlalıları yığmaqda istifadə olunur (Şəkil 7.57). En götürümü 4 metr, bunkerin tutumu 3700 litr, maksimal qaldırma hündürlüyü 3 metr, işçi sürəti 7,1 kilometr/saat. 14 dərəcə yamaclıqda işləyə bilir. Ploeger EPD 540 markalı noxudyığan kombaynları böyük sahələrdə paralel işləyə bilir. Bu zaman yığılmış məhsulu boşaltmaq üçün nəqliyyat vasitəsi kombaynlara yaxınlaşır və noxud nəqliyyat vasitəsinə boşaldılır (Şəkil 7.58).
7.4. Küləş doğrayan maşınlar
7.4.1. AGMBL 300T markalı küləş saman doğrayan maşın
Türkiyənin Agrional LTD şirkətinin istehsal etdiyi AGMBL 300T markalı küləş saman doğrayan maşın Aqrolizinq ASC- tərəfindən alınaraq istehsalçılara lizinqlə verilir (Şəkil 7.59). Qoşmadır hərəkəti traktorun güc ayıran valından alır. |