7.2.7. Şpindellərin dəyişdirilməsi
Kombaynın əsas işçi elementi yığıcı aparatın şpindelləridir. JD 9970 markalı pambıqyığan kombaynın şpindelləri barmaqlıdır. Diqqət: Aparatın yerə buraxılması nəticəsində əzilmə və yaxud onun fırlanan hissələrinə ilişmə sizə və digər şəxslərə ciddi xəsarət yetirə bilər və hətta ölümlə nəticələnə bilər. Yığıcı aparatlar üzərində işləyən zaman aparatı tam yerə buraxın və yaxud məhdudlaşdırıcılar üzərində qoyun. Aparata yaxınlaşanda mühərriki söndürün və alışdırma açarını yerindən çıxarın. Təmir işləri zamanı kombaynın dəstinə qoyulmuş şpindel açarından istifadə edin. Barmaqları dəyişdirmək üçün xüsusi açarla (A) bərkidici qaykanı fırladıb açın, dəyişdiriləcək barmağı çıxarıb yerinə yenisini qoyun və əməliyyatları təkrar edin. Şəkil 7.47-də A-Şpindelin xüsusi açarıdır
7.2.8. Belarus 80X traktoruna qoşulan iki cərgəli qoşma pambıq yığan maşın
Pambıq istehsal olunan ölkələrdə Özbəkistanda və həmçinin Belarusda üç təkərli Belarus 80X traktoruna quraşdırılan XMP-1,8 markalı qoşma 2 cərgəli pambıq yığan maşından da istifadə edilir (Şəkil 7.48). Məhsuldarlığı az olsa da kiçik sahələrdə istifadə edilə bilər.
7.3. Qarğıdalı və yem yığan kombaynlar
New holland, Claas, Sampo Rosenlew və Rostselmaş firmaları qarğıdalının və günəbaxanın yığılması üçün kombayn istehsal edir.
7.3.1. John Deere rotorlu qarğıdalı və günəbaxan biçən kombayn
John Deere rotorlu qarğıdalı və günəbaxan biçən kombayn eyni zamanda 4,6 cərgədə qarğıdalını biçib dəni qıçadan ayırır. Şəkil 7.49-da qatlanan biçicili kombayn təsvir edilmişdir. |