7.1.35. Kombaynın sahədə hərəkət üsulunun seçilməsi
Kombaynın sahədə hərəkət üsulu seçilir: Çimbasar-çimçevir və biçilmiş sahənin genişləndirilməsi ilə sürüm hərəkət üsulları sahənin uzunluğu 600 metr və çox olduqda əlverişlidir (Şəkil 7.35)..
7.1.36. Biçin vaxtı sahənin eninin müəyyən edilməsi
İri taxıl sahələrində biçin apararkən sahə küzlərə-ləklərə bölünməlidir. Sürümün optimal eni kombaynın biçən hissəsinin enindən 5-8 dəfə çox olmalı, sürümün sahəsi isə kombaynın gündəlik məhsuldarlığına bərabər olmalıdır (Şəkil 7.36).
7.1.37. Məkik hərəkət üsulunun tətbiqi şərti
Məkik hərəkət üsulu sahənin kənarlarında dönmə üçün kifayət qədər zolaq olduqda tətbiq edilir (Şəkil 7.37). |
Şəkil 7.35. Kombaynın sahədə hərəkət üsulu seçilir.
Şəkil 7.36. Biçin vaxtı sahənin eninin müəyyən edilməsi.
Şəkil 7.37. Sahənin kənarlarında dönmə zolağı olduğu halda məkik hərəkət üsulunun
tətbiqi.
|