7.1.29. New Holland TC-5050 markalı taxılyığan kombaynların işçi orqanlarının buğda və arpa
biçinində nizamlanma göstəriciləri
New Holland TC5050 markalı taxılyığan kombaynların işçi orqanlarının buğda və arpa biçinində nizamlanma göstəriciləri (Şəkil 7.29): Barabanın fırlanma tezliyi:700-1000 dövr/dəqiqə; Baraban altlığının araboşluğu: 10 millimetr; Ventilyatorun fırlanma sürəti 700-800 dövr/dəqiqə; Xəlbirin ara boşluğu: yuxarı 8-12mm, aşağı 4-6 millimetr.
7.1.30. KIWI 2000 KLEVER markalı traktora qoşulan küləş xırdalayan
KIWI 2000 KLEVER markalı traktora qoşulan küləş xırdalayan (Şəkil 7.30). Küləşi qotman kimi qoymuş kombayndan sonra küləşi yığıb sahədən çıxarmaq mümkün olmadıqda küləşi tirədən yığıb xırdalayır gübrə kimi sahəyə səpir.
7.1.31. Yığıma başlamazdan əvvəl taxılın yetişməsinin yoxlanılması
Yığıma başlamazdan əvvəl taxılın yetişməsi yoxlanılmalıdır. Taxılın nəmliyi əsas göstəricidir. Odur ki, yığımdan əvvəl dənin nəmliyi yoxlanmalıdır (Şəkil 7.31). Sahədən diaqonal istiqamətində bir neçə yerdən sünbülləri qoparıb əllə yoxlayıb dənləri təmizləyin və dənin nəmliyini ölçmək üçün WILE-55, WILE-65, cihazlarından istifadə edin. |